Millətlər Liqası: Azərbaycan yığması son oyununda böyük hesabla məğlub oldu

UEFA

20.11.2024 04:00

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində İsveçə böyük hesabla məğlub olub.

TodayPress xəbər verir ki, komanda C Liqasının I qrupunun son matçında 0:6 hesabı ilə uduzub.

"Stroberri Arena"da baş tutan qarşılaşmada Kulusevski (10, 57) dubl edib. Dyekereş (26,37, 58, 70) isə poker müəllifi olub.

Qeyd edək ki, bu nəticənin ardından C Liqasını 1 xalla sonuncu sırada başa vuran Fernandu Santuşun rəhbərlik etdiyi yığma D Liqasına yuvarlanıb.

 

***

00:25

UEFA Millətlər Liqasının İsveç - Azərbaycan oyununda ikinci qol vurulub.

TodayPress xəbər verir ki, Stroberri Arena"da keçirilirən görüşün 26-cı dəqiqəsində Dyekereş fərqlənib - 2:0.

Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edir.

 

tag: Futbol, UEFA, Liqa, İsveç, Azərbaycan, Stroberri AArena, todaypress.az,