Millətlər Liqası: Azərbaycan yığması ilk xalını qazandı
UEFA
16.11.2024 21:05
Azərbaycan yığması UEFA Millətlər Liqasının
qrup mərhələsində ilk xalını qazanıb.
TodayPress xəbər verir ki, Qəbələ şəhər stadionundakı
C Liqasının I qrupunun oyunu qolsuz heç-heçə ilə yekunlaşıb.
Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya
(1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma
sonuncu – VI turun görüşündə səfərdə İsveçlə qarşılaşacaq. Matç noyabrın 19-da,
Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
tag: Qəbələ, Fernandu, Estoniya, Milli, UEFA, todaypress.az,