Məsiyev Belçika klubunun oyununa təyinat aldı
FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb.
TodayPress xəbər verir ki, o, Belçikada yerli “Serkl Brügge” və Şotlandiyanın “Harts” komandaları arasında keçiriləcək 4-cü turun matçını idarə edəcək.
Məsiyevə laysmanlar Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
“Serkl Brügge” - “Harts” qarşılaşması noyabrın 28-də Brüggenin “Jan Breydel” stadionunda keçiriləcək.
Namiq HUN
tag: Elçin Məsiyev, UEFA, Konfrans, Liqa, todaypress.az,