Mbappe ÇL-də 50 qol həddinə çatdı
UEFA
11.12.2024 10:13
"Real Madrid" klubunun hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının tarixinə düşüb.
TodayPress xəbər verir ki, o, turnirin təsnifat mərhələsi nəzərə alınmadan 50 qol həddinə çatan 9-cu futbolçu olub.
Forvard turnirin VI turunda "Atalanta" ilə oyunda fərqlənməklə göstəriciyə nail olub.
Mbappe "Real"dan əvvəl "Monako" və PSJ-nin heyətində Çempionlar Liqasının əsas mərhələsində qol vurub.
25 yaşlı futbolçu turnirdə ümumi qol sayında Filippo İnzagi və Məhəmməd Salahla 10-12-ci yerləri bölüşür.
Namiq HUN
tag: Atlanta, Çempion, Liqa ,Turnir, todaypress.az,