Martinez tarixə düşdü

UEFA

07.05.2025 09:35

28

“İnter” klubunun argentinalı hücumçusu Lautaro Martinez UEFA Çempionlar Liqasında “Barselona” ilə yarımfinal oyununda fərqlənməklə tarixə düşüb.   

TodayPress xəbər verir ki, o, cari mövsüm Çempionlar Liqasında keçirdiyi 13-cü matçında 9-cu dəfə qol vuraraq yeni rekorda imza atıb. 

Martinez hazırda Hernan Krespodan sonra “İnter”lə bir mövsümdə avrokuboklarda ən çox qol vuran oyunçudur.

O, cari mövsüm daha bir qol vursa, rekord qıracaq. 

Qeyd edək ki, “İnter” əlavə vaxtda “Barselona”ya (4:3) qalib gələrək Çempionlar Liqası turnirinin finalına yüksəlib.   

Namiq HUN

tag: İnter,Lautaro Martinez,UEFA,Uğur,Todaypress.az,