Marinakis böyük mükafat vəd etdi
UEFA
28.01.2025 10:36
“Olimpiakos” klubunun futbolçuları UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda “Qarabağ”a qalib gələcəkləri təqdirdə böyük məbləğdə mükafat qazanacaqlar.
TodayPress xəbər verir ki, bu barədə Pirey təmsilçisinin prezidenti Evangelos Marinakis komandası ilə söhbət zamanı deyib:
“Bilirsiniz ki, cümə axşamı baş tutacaq matç mənim və azarkeşlərimiz üçün çox şey deməkdir. “Qarabağ”ı məğlub etsəniz, böyük bonus qazanacaqsınız. Bütün gücünüzü verməlisiniz, siz ən yaxşısınız”. Qeyd edək ki, yanvarın 30-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Namiq HUN
tag: UEFA,Klub,Futbolçu,Qarabağ,Todaypress.az,