“Mançester Yunayted” 380 gün sonra tilsimi qırdı
“Mançester Yunayted” futbol klubu avrokuboklardakı qələbəsiz oyunlar seriyasına son qoyub.
TodayPress xəbər verir ki, “qırmızı şeytanlar” UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində Yunanıstanın PAOK klubunu 2:0 hesabı ilə məğlub edib.
“Mançester Yunayted” 380 gündür ki, avrokuboklarda qələbə qazana bilmirdi.
Klub qitə turnirində sonuncu dəfə 2023-cü il oktyabrın 24-də Danimarkanın “Kopenhagen” komandasına qalib gəlib (1:0).
Namiq HUN
tag: Mançester Yunayted, Futbol, UEFA, Liqa, Turnir, todaypress.az,