“Mançester Siti”dən yeni antirekord
UEFA
27.11.2024 10:46
İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqası (ÇL) tarixində yeni antirekord müəyyənləşdirib.
TodayPress "Opta"ya istinadən xəbər verir ki, göstərici Liqa mərhələsinin V turunda Mançesterdə Niderland təmsilçisi “Feyenoord”la oyuna təsadüf edib.
“Şəhərlilər” hesabda öndə olsalar da, qələbəni əldən veriblər.
Nəticədə Xosep Qvardiolanın çalışdırdığı kollektiv ÇL tarixində 75-ci dəqiqədə 3:0 hesabı ilə öndə olan, lakin qalib gələ bilməyən ilk komanda olub. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Mançester Siti” bütün turnirlərdə ardıcıl 6 oyundur qələbə qazana bilmir.
Namiq HUN
tag: Mançester Siti, Niderland, ÇL, Qvardiola, todaypress.az,