“Mançester Siti” ÇL-in tarixinə düşdü
UEFA
24.10.2024 11:55
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turunda “Sparta”nı məğlub edən “Mançester Siti” turnirin tarixinə düşüb.
TodayPress UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “şəhərlilər” son uğuru ilə turnirdəki məğlubiyyətsiz oyunlar seriyasını 26 matça çatdırıb.
Pep Qvardiolanın komandası “Mançester Yunayted”in ən uzun məğlubiyyətsizlik seriyası rekordunu yeniləyib.
Cari mövsüm “Mançester Siti” iki oyunda qalib gəlib, bir dəfə isə heç-heçə edib.
Namiq HUN
tag: UEFA,Mançester Siti, Mançester Yunayted, Çempionlar Liqası,ÇL, todaypress.az,