“Mançester Siti” Çempionlar Liqasından kənarda qala bilər
UEFA
23.01.2025 13:12
“Mançester Siti” klubu UEFA Çempionlar Liqasında son 11 ilin ən pis göstəricisinə imza atıb.
TodayPress xəbər verir ki, komandanın Liqa mərhələsinin VII turunda PSJ ilə qarşılaşmasının nəticəsi belə düşünməyə əsas verir.
Paris təmsilçisinə 2:4 hesabı ilə məğlub olan “şəhərlilər” qitənin ən nüfuzlu klub turnirində 2014-cü ildən bəri ilk dəfə ardıcıl 4 oyunda qələbə qazana bilməyib.
Xosep Qvardiolanın komandası ikinci dəfə topa ən zəif sahibolma, 36,9 % göstərici ilə yadda qalıb.
Mançester təmsilçisinin daha pis göstəricisi 2016-cı ilin noyabrında, UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Barselona” ilə oyunda qeydə alınıb - 34,7 %.
Qeyd edək ki, 7 turdan sonra 8 xalla Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlində 25-ci pillədə qərar tutan “Mançester Siti” avrokuboklardan kənarda qala bilər.
Namiq HUN
tag: Mançester Siti,Klub,UEFA,Liqa,Todaypress.az,