Madriddə Qallaher gecəsi

UEFA

13.03.2025 10:03

2315

"Atletiko Madrid" klubunun futbolçusu Konor Qallaher Çempionlar Liqasının tarixinə iki rekordla düşüb.   

TodayPress xəbər verir ki, yarımmüdafiəçi 1/8 final mərhələsinin cavab matçında "Real"ın qapısına yol tapmaqla adından söz etdirib.   

Qallaherin 28-ci saniyədə "kral klubu"nujn qapısına vurduğu qol, "Atletiko"nun Çempionlar Liqasında ən erkən qolu olub.   

Digər rekord isə Konorun turnirdə ən erkən qol vuran ingilis futbolçu olmasıdır.  

Namiq HUN

tag: Atletiko Madrid,Real Madrid,Konor Qallaher,Rekord,Futbol,Todaypress.az,