“Liverpul” İspaniyada, “Real Madrid” İtaliyada qələbəyə sevindi

UEFA

11.12.2024 09:26

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VI turu start götürüb.

TodayPress xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.

İngiltərənin “Liverpul” klubu İspaniyada “Jirona”nın qonağı olub. Məhəmməd Salahın yeganə qolu ilə minimal hesablı qələbə qazanan mersisaydlılar 1/8 finala vəsiqə qazanmağa çox yaxındırlar. 

“İnter” isə Almaniya səfərindən xalsız qayıdıb. Bu görüşədək qapısından qol buraxmayan milanlılar “Bayer 04” klubuna 0:1 hesabı ilə uduzub. Leverkuzen təmsilçisisnin qələbə qolunu Nordi Mukuele vurub.  

Çempionalr Liqasının hazırki qalibi “Real Madrid” isə İtaliyada “Atalanta” ilə oyunda çətin qələbə qazanıb. İspaniya nəhəngi Kilian Mbappe, Vinisius Junior və Cud Bellinqemin qolları ilə 3:2 hesabı ilə qalib gəlib. 

UEFA Çempionlar Liqası Liqa mərhələsinin VI turunun digər görüşlərində Belçikada “Brügge” “Sportinq”ə (2:1), “Brest” isə Fransada PSV-yə (1:0) qalib gəlib. 

İngiltərənin “Aston Villa” klubu səfərdə “Leypsiq”i (3:2), “Bavariya” 

“Şaxtyor”u (5:1), PSJ isə “Zalsburq”u (3:0) məğlub edib. 

Xorvatiyada baş tutan “Dinamo Zaqreb” - “Seltik” görüşündə qolsuz bərabərlik qeydə alınıb 0:0. 

Namiq HUN

tag: Liverpul, Fransa ,İspaniya, Vinusus, todaypress.az,