“Lion” klubu səhmlərini satışa çıxartdı

UEFA

14.11.2024 16:20

UEFA Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan Fransanın “Lion” klubu çətin durumdadır.

TodayPress “Lequipe” nəşrinə istinadən xəbər verir ki, klub maliyyə çatışmaşlığı səbəbindən çətin günlərini yaşayır.

Lion təmsilçisi xəzinəsini doldurmaq üçün 75 milyon avro dəyərində qiymətləndirilən səhmlərinin bir hissəsini satışa çıxarıb. Klub rəhbərliyi səhmlərinin İngiltərənin “Kristal Pelas” klubuna satılacağına ümid edir. 

Bundan başqa, bir sıra futbolçuların da satılacağı bildirilib. 

Qeyd edək ki, “Qarabağ” – “Lion” matçı noyabrın 28-də keçiriləcək. Tofiq Bəhramov adına stadionda baş tutacaq oyun saat 21:45-də başlayacaq.

Namiq HUN

tag: UEFA, Avropa, Liqa, Lion, Qarabağ, todaypress.az,