“Lion” 5 futbolçusunu transferə çıxartdı
UEFA
21.11.2024 16:49
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ”ın qonağı olacaq Fransanın “Lion” klubu 5 futbolçusunu transferə çıxarıb.
TodayPress xəbər verir ki, Liqa 1 təmsilçisi maliyyə probleminə görə Səid Benrahma, Qift Orban, Ernest Nuama, Maksens Kakere və Sael Kembedini satmağa qərar verib.
Klub bu yolla həm borclarını ödəməyə, həm də yüksək maaş yükündən azad olmağa çalışır.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.
Namiq HUN
tag: UEFA, Liqa, Lion, Qarabağ,Fransa, todaypress.az,