“Lill” ÇL-də İspaniya klublarını üstələdi

UEFA

24.10.2024 14:35

“Lill” klubu UEFA Çempionlar Liqası turnirinin bir mövsümündə İspaniyanın 2 nəhəng komandasını məğlub etməyi bacarıb. 

TodayPress xəbər verir ki, Fransa təmsilçisi ÇL-də bunu bacaran üçüncü komandadır. 

“Lill” göstəriciyə Liqa mərhələsinin III turunda “Atletiko Madrid”i (3:1)  məğlub etməklə nail olub. 

Qeyd edək ki, II turda isə “Lill” doğma meydanda “Real Madrid”ə (1:0) qalib gəlib.

Xatırladaq ki, 2020/21 mövsümündə “Çelsi”, bir il sonra isə “Mançester Siti” klubu eyni göstəriciyə nail olub.

Namiq HUN

tag: Lill, UEFA, Fransa, Atletiko Madrid, Real Madrid, Çelsi, todaypress.az,