Levandovski ÇL-də tarix yazdı

UEFA

10.04.2025 09:20

22

“Barselona” klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.   

TodayPress xəbər verir ki, o, üç fərqli komanda ilə bir mövsümdə 10 qol vuran ilk futbolçudur. 

Polşalı hücumçu “Borussiya Dortmund”, “Bavariya” və “Barselona” klubu ilə uğura imza atıb.   

Bundan başqa, Levandovski 35 yaşdan yuxarı oyunçular arasında turnirdə ən çox qol vuran futbolçudur.

Hesabında 13 qol olan Robert Kriştiano Ronaldo (12 qol) və Edin Dzekonu (7 qol) geridə qoyub.   

Qeyd edək ki, “Barselona” ÇL-in 1/4 final mərhələsinin ilk matçında “Borussiya Dortmund”u 4:0 hesabı ilə məğlub edib.

Levandovski oyunda dubl edib.   

Namiq HUN

tag: Barselona,Levandovski,Çempionlar Liqası,UEFA,Todaypress.az,