Levandovski ÇL-də 100 qol həddinə çatdı

UEFA

27.11.2024 09:38

“Barselona” klubunun hücumçusu Robert Levandovski UEFA  Çempionlar Liqasında qol sayını 100-ə çatdırıb.

TodayPress xəbər verir ki, polşalı futbolçu Liqa mərhələsinin V turunun “Brest”lə matçında penaltidən fərqlənib. 

O, ÇL-də 100 qol həddinə çatan 3-cü futbolçu olub. 

Daha əvvəl bu göstəriciyə Kriştiano Ronaldo (140) və Lionel Messi (129) nail olub.

Levandovski 100 qolu 125 matçda vurub.

Namiq HUN

tag: Barselona, Levandovski, UEFA, Polşa, Ronaldo, todaypress.az,