“Legiya” kiprli azarkeşlərdən UEFA-ya şikayət etdi
UEFA
30.11.2024 15:28
Polşanın “Legiya” klubu UEFA Konfrans Liqasının Liqa mərhələsinin IV turunun Kipr qarşılaşmasında “Omoniya” azarkeşlərinin açdığı bannerə görə şikayət edib.
TodayPress Varşava klubunun rəsmi saytına istinadən xəbər verir ki, səbəb kiprli fanatların oyundan əvvəl “17.01.1945 Qırmızı Ordu Varşavanı azad etdi” mətni olan banner açması olub.
“Legiya” UEFA-dan sərt tədbirlər görülməsini tələb edib.
Qeyd edək ki, Nikosiyadakı GSP stadionunda keçirilən görüşdə “Legiya” (3:0) qələbə qazanıb.
Namiq HUN
tag: Polşa, Legiya, UEFA, Varşava, todaypress.az,