Koxalski qurtarış sayında ilk beşliyə adını yazdırdı
UEFA
31.01.2025 11:36
“Qarabağ” klubunun qolkiperi Mateuş Koxalski UEFA Avropa Liqasının Liqa mərhələsində ən çox qurtarış edən oyunçular siyahısında yer alıb.
TodayPress UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 29 seyv ilə yadda qalıb.
Polşalı qolkiper beşinci pillədə qərarlaşıb.
Birinci sırada İsveçin “Elfsborq” klubunun qapıçısı İsak Pettersson yer alıb. Qeyd edək ki, “köhlən atlar” Liqa mərhələsində 6 qol vurub, qapısında isə 20 top görüb.
Mateuş Koxalski 8 matçın 6-da iştirak edib, digər 2 görüşdə isə Fabian Buntiç çərçivəni qoruyub.
Namiq HUN
tag: UEFA,Polşa,Liqa,Fabian Buntiç ,Todaypress.az,