Kosovo millisinə texniki məğlubiyyət verildi

UEFA

21.11.2024 09:05

UEFA Kosovo yığma komandasına texniki məğlubiyyət verib.

TodayPress Avropa Futbol Assosiasiyaları İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, buna yığmanın Millətlər Liqasının V turunda Rumıniya ilə səfər matçında meydanı vaxtından əvvəl tərk etməsi səbəb olub.

Noyabrın 15-də keçirilən qarşılaşmanın son dəqiqələrində rumıniyalı azarkeşlər siyasi şüarlar səsləndiriblər. Kosovo millisinin üzvləri isə buna etiraz olaraq meydandan çıxıblar.

Hadisəni araşdıran UEFA-nın Nizam-İntizam Komitəsi Kosovo millisini texniki məğlubiyyətlə cəzalandırıb. Həmçinin Kosovo Futbol Federasiyası 6 min avro məbləğində cərimələnib.

Namiq HUN

tag: Kosovo, UEFA, Milli,Liqa, todaypress.az,