Konfrans Liqasında Liqa mərhələsi başlayır
UEFA
02.10.2024 11:43
Bu gün UEFA Konfrans Liqasının yeni formatda keçirilən Liqa mərhələsi start götürəcək.
TodayPress xəbər verir ki, I turun ilk oyun günündə 2 matç baş tutacaq.
Liqa mərhələsi Türkiyə və Portuqaliyada keçiriləcək görüşlərlə başlayacaq.
“Başakşəhər” İstanbulda Vyananın “Rapid” klubunu sınağa çəkəcək.
“Vitoriya Gimaraynş” isə “Afonsu Enrikiş” stadionunda Sloveniyanın “Selye” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, tura oktyabrın 3-də yekun vurulacaq.
Namiq HUN
tag: UEFA ,Konfrans Liqası ,Türkiyə ,Portuqaliya ,İstanbul ,todaypress.az,