Konfrans Liqası: “Sele” “Başakşəhər”i darmadağın etdi

UEFA

25.10.2024 09:42

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunları keçirilib.

TodayPress xəbər verir ki, Türkiyənin “Başakşəhər” klubu Sloveniyada “Sele”yə böyük hesabla uduzub 1:5. İstanbul təmsilçisinin təsəlli qolunu Dimitris Pelkas vurub.   

“Başakşəhər”dən fərqli olaraq, “Çelsi” klubu səfərdə “Panatinaikos”u darmadağın edib 4:1.

“Fiorentina” İsveçrədə “Sankt-Qallen” üzərində inamlı qələbə qazanıb 4:2. 

“Kopenhagen” isə “Betis”lə heç-heçəyə nail olub 1:1.

Namiq HUN

tag: UEFA, Liqa, Çelsi, Başakşəhər, Sloveniya, İsveçrə, todaypress.az,