Konfrans Liqası: “Dyürqarden” də mərhələ adladı
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
TodayPress xəbər verir ki, Avropanın “Fiorentina”, “Betis” və “Çelsi” kimi məşhur komandaları ilə yanaşı, İsveç təmsilçisi Dyürqarden" də yarımfinal mərhələsində oynamaq hüququ əldə edib.
“Dyürqarden” 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində Vyanada “Rapid” klubunun qonağı olub.
Matçın əsas vaxtını 2:1 hesabı ilə qazanan qonaqlar cütün qalibini müəyyən etmək üçün əlavə iki hissə də oynamalı olublar. İsveç təmsilçisi əlavə hissədə daha iki dəfə fərqlənərək, adını yarımfinal mərhələsinə yazdırıb.
Londonda “Çelsi”nin qonağı olan Polşa “Legia”sı da rəqibindən üstün olub 2:1. İlk görüş İngiltərə təmsilçisinin (3:0) qələbəsi ilə yekunlaşdığına görə, “Çelsi” yarımfinal mərhələsinə adlayıb.
UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Fiorentina” “Selye”ni qəbul edib.
Sloveniya təmsilçisi səfərdə Florensiya komandası ilə hesabda (2:2) tarazlığa nail olsa da, “Fiorentina” yarımfinala adlayıb. Bu komandalar arasında ilk oyun “Fiorentina”nın (2:1) qələbəsilə başa çatıb. 1/4 final mərhələsinin daha bir oyunu Polşada keçirilib.
Burada yerli “Yagelloniya” komandası “Betis” klubunu sınağa çəkib. İspaniya təmsilçisi səfərdə rəqibi ilə (1:1) bərabərə nail olaraq adını yarımfinala yazdırıb. Tərəflər arasında ilk qarşılaşma “Betis”in (2:0) üstünlüyü ilə yekunlaşıb.
Namiq HUN
tag: UEFA,Liqa,Futbol,Klub,Todaypress.az,