Konfrans Liqası: "Başakşəhər" "play-off"dan kənarda qaldı
UEFA Konfrans Liqasında Liqa mərhələsinin sonuncu VI turunun oyunları keçirilib.
TodayPress xəbər verir ki, Türkiyənin “Başakşəhər” klubu səfərdə Belçika təmsilçisi “Serkl Brügge” ilə görüşüb. Qarşılaşmada qalib müəyyən olunmayıb 1:1.
“Fiorentina” da (İtaliya) səfərdə Portuqaliyanın
“Vitoriya” komandası ilə heç-heçə edib 1:1. İngiltərənin “Çelsi” klubu isə
evdə “Şemrok Rovers”i (İrlandiya) darmadağın edib 5:1.
UEFA
Konfrans Liqası
Liqa
mərhələsi
VI
tur
19
dekabr
00:00. “Larne” (Şimali İrlandiya) - “Gent” (Belçika) 1:0
00:00. “Sele” (Sloveniya) - TNS (Uels) 3:2
00:00. “Yagelloniya” (Polşa) - “Olimpiya” (Sloveniya) 0:0
00:00. “Borats” (Bosniya və Herseqovina) - “Omoniya”
(Kipr) 0:0
00:00. TSK (Serbiya) - Noa (Ermənistan) 4:3
00:00. “Panatinaikos” (Yunanıstan) - “Dinamo” (Minsk,
Belarus) 4:0
00:00. “Harts” (Şotlandiya) - “Petrokub” (Moldova) 2:2
00:00. “Luqano” (İsveçrə) - “Pafos” (Kipr) 2:2
00:00. “Serkl Brügge” (Belçika) - “Başakşəhər” (Türkiyə) 1:1
00:00. “Vitoriya” (Portuqaliya) - “Fiorentina” (İtaliya) 1:1
00:00. “Rapid” (Avstriya) - “Kopenhagen” (Danimarka) 3:0
00:00. APOEL (Kipr) - “Astana” (Qazaxıstan) 1:1
00:00. “Yurqorden” (İsveç) - “Legiya” (Polşa) 3:1
00:00. “Haydenhaym” (Almaniya) - “Sankt Qallen” (İsveçrə) 1:1
00:00. “Molde” (Norveç) - “Mlada Boleslav” (Çexiya) 4:3
00:00. “Betis” (İspaniya) - HJK (Finlandiya) 1:0
00:00. LASK (Avstriya) - “Vikinqur” (İslandiya) 1:1
00:00. “Çelsi” (İngiltərə) - “Şemrok Rovers” (İrlandiya) 5:1.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin
püşkatma mərasimi bu gün baş tutacaq.
tag: Çelsi, Türkiyə, Başakşəhər, Vitoriya, UEFA, todaypress.az,