KL: “Çelsi” və “Betis” həlledici oyunda qarşılaşacaq

UEFA

09.05.2025 10:10

25

UEFA Konfrans Liqasında finalçılar bəlli olub.   

TodayPress xəbər verir ki, “Çelsi” cavab yarımfinal matçında Londonda İsveçin “Yurqorden” klubunu qəbul edib. 

Rəqib meydanında keçirilən ilk oyunda (4:1) rəqibindən üstün olan “zadəganlar”ın finala çıxacağı şübhə doğurmurdu.

“Stemford Bric” qarşılaşmasını 1 qolla qazanan “Çelsi” baş mükafat uğrunda həlledici görüşdə “Betis” klubu ilə qarşılaşacaq.   

İspaniya təmsilçisi cavab yarımfinal matçında İtaliyada “Fiorentina” klubunun qonağı olub.

Matç bir həftə əvvəl olduğu kimi 2:1 hesabı ilə başa çatıb. Nəticədə qalib əlavə vaxtda müəyyənləşib.

“Betis” həlledici topu rəqib qapısından keçirərək finala adını yazdırıb.   

Qeyd edək ki, UEFA Konfrans Liqasının finalı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək.   

Namiq HUN

tag: UEFA,Konfrans,Liqa,Fiorentina,Betis,Todaypress.az,