KL: “Çelsi” Liqa mərhələsinə qələbə ilə başladı

UEFA

04.10.2024 09:30

UEFA Konfrans Liqasının əsas mərhələsində I turun oyunları keçirilib.

TodayPress xəbər verir ki, turun ikinci oyun günündə 16 qarşılaşma baş tutub. 

Belarusun “Dinamo” (Minsk) klubu Sumqayıtda Şotlandiya təmsilçisi “Harts”la qarşılaşıb. Belarus təmsilçisi Stefen Alfredin qolu ilə hesabda irəli çıxsa da, sonradan qələbəni əldən verib. “Harts” Sergey Politeviç və Yan Dhandanın qolları ilə 2:1 hesablı qələbə qazanıb. 

İngiltərədə isə Londonun “Çelsi” klubu Belçika “Genti”nə 4:2 hesabı ilə qalib gəlib. “Zadəganlar”ın heyətində Renatu Veyqa, Pedru Netu, Kristofer Nkunku və Kirnan Dyuzberi-Holl fərqlənib.  

Konfrans Liqasında Liqa mərhələsinin I turunun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

 “Haydenhaym” (Almaniya) – “Olimpiya” (Sloveniya) - 2:1

“Serkl Brügge” (Belçika) – “Sent Qallen” (İsveçrə) - 6:2

“Astana” (Qazaxıstan) – “Baçka Topola” (Serbiya) - 1:0

“Noa” (Ermənistan) – “Mlada Boleslav” (Çexiya) - 2:0

“Legiya” (Varşava, Polşa) – “Betis” (İspaniya) - 1:0

“Molde” (Norveç) – “Larne” (Şimali İrlandiya) - 3:0

“Omoniya” (Kipr) – “Víkinqur” (İslandiya) - 4:0

“Fiorentina” (İtaliya) – TNS (Uels) - 2:0

“Kopenhagen” (Danimarka) – “Yagelloniya” (Polşa) - 1:2

“Luqano” (İsveçrə) – HİK (Finlandiya) - 3:0

“Petrokub” (Moldova) – “Pafos” (Kipr) - 1:4

“Borats” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) - 1:1

LASK (Avstriya) – “Yurqorden” (İsveç) - 2:2

“Şemrok Rovers” (Şimali İrlandiya) – APOEL (Kipr) - 1:1

Namiq HUN

tag: Konfrans ,Liqa ,Çelsi ,Belçika ,Dinamo ,todaypress.az,