KL: “Başakşəhər”dən uğursuz start
UEFA
02.10.2024 21:28
UEFA Konfrans Liqasının yeni formatda keçirilən Liqa mərhələsi start götürüb.
TodayPress xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.
“Başakşəhər” İstanbulda Vyana “Rapid”ini sınağa çəkib. “Fatih Terim” stadionunda baş tutan qarşılaşma Avstriya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində Luis Şaub dubl edib. “Başakşəhər”in təsəlli qolunu Kşiştof Pöntek vurub.
Portuqaliyada isə Gimaraynş Sloveniya Selyesini qəbul edib. Birinci hissəni meydan sahibləri Samu və Qustavo Da Silva Kunyanın qolları ilə 2 top fərqi ilə irəlidə bitiriblər. Fasilədən sonra Tiaqu Rafael Silva hesab arasındakı fərqi üç topa çatdırıb. Selyenin heyətində Alyoşa Matko qollardan birinin əvəzini çıxıb 3:1.
Qeyd edək ki, Liqa mərhələsinin I turuna oktyabrın 3-də
yekun vurulacaq.
Namiq HUN
tag: UEFA, Liqa, Vyana, İstanbul, todaypress.az,