Keyn Çempionlar Liqasında ilkə imza atdı
“Bavariya” klubunun futbolçusu Harri Keyn Çempionlar Liqasının 1/8 final mərhələsində “Bayer 04”ə qarşı oyunda (2:0) qol vurub və məhsuldar ötürmə edib.
TodayPress “Opta”ya istinadən xəbər verir ki, turnirdə ilkə imza atan hücumçu, Devid Bekhemə də yaxınlaşıb.
Cari mövsüm turnirdə 10-cu qolunu vuran Harri həmyerliləri arasında Avropa Kuboku/Çempionlar Liqası mövsümündə bunu bacaran ilk ingilis futbolçu olub.
Bundan başqa hücumçu qitənin ən nüfuzlu turnirində 50 qolun vurulmasında birbaşa iştirak edən ikinci ingilis futbolçu ünvanına sahib çıxıb.
Keynin aktivində 39 qol və 11 məhsuldar ötürmə var.
Devid Bekhem bu göstəricidə liderdir. O, turnirdə 16 qol vurub və 36 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Harri Keyn, Çempionat,Bavariya,Bayer 04,Todaypress.az,