Ketelare ÇL-də bunu bacaran dördüncü futbolçu oldu
UEFA
27.11.2024 14:46
“Atalanta”nın hücumçusu Şarl de Ketelare 2016/17 mövsümündən başlayaraq UEFA Çempionlar Liqası tarixində bir matçda komandasının heyətində 5 qola töfhə verməyi bacaran dördüncü futbolçu olub.
TodayPress xəbər verir ki, Berqamo təmsilçisinin Berndə “Yanq Boyz”a (5:1) qalib gəldiyi oyunda De Ketelare 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Xatırladaq ki, əvvəllər Neymar (2016), Serj Qnabri (2021) və Erlinq Holand (2023) buna nail olublar.
Namiq HUN
tag: Ketelare,Atalanta, Liqa, UEFA, Berqamo, Bern, todaypress.az,