Kamarda “Milan”ın tarixinə düşdü
UEFA
23.10.2024 09:42
“Milan”ın futbolçusu Françesko Kamarda klubun tarixinə düşüb.
TodayPress xəbər verir ki, italiyalı hücumçu UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Brügge” ilə oyunda tarixə yazdırıb.
75-ci dəqiqədə meydana daxil olan Kamarda “Milan”ın tarixində matçda iştirak edən ən gənc futbolçu olub.
O, 16 yaş 226 günündə debüt edərək Çempionlar Liqasında oynayan ən gənc futbolçular siyahısına düşüb.
Namiq HUN
tag: Brügge, Milan, Kamar,Liqa, UEFA, todaypress.az,