İtaliyalı azarkeşlər “Ayaks”la oyuna buraxılmayacaq
UEFA
30.11.2024 12:37
“Latsio” klubunun azarkeşləri UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda “Ayaks”la səfər oyuna buraxılmayacaq.
TodayPress Amsterdam şəhər administrasiyasının saytına istinadən xəbər verir ki, qərar şəhər rəhbərliyi, həmçinin polisi və baş prokrorluğu tərəfindən qəbul edilib.
Səbəb ifrat sağçı antisemit, irqçi ifadələr və ictimai iğtişaş risklərinin həddindən artıq yüksək olması göstərilib.
“Latsio” azarkeşlərinin bəzilərinin ifrat sağçı və faşist simpatiyaları, həmçinin antisemit və irqçi ifadələri ilə tanındığı bildirilib.
İtaliya təmsilçisi Amsterdam hakimiyyətinin qərarını ayrı-seçkilik və təhqiredici adlandıraraq narazılığını bildirib.
Qeyd edək ki, “Ayaks” – “Latsio” matçı dekabrın 12-də keçiriləcək.
Namiq HUN
tag: UEFA, İtaliya,Ayaks, Latsio, Amsterdam, Qərar, todaypress.az,