İtaliya Belçikada, İngiltərə isə Yunanıstanda qələbəyə sevindi

UEFA

15.11.2024 09:10

UEFA Millətlər Liqasında V tura start verilib.

TodayPress xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 matç keçirilib.

Günün mərkəzi qarşılaşması Belçikada baş tutub. A Liqasının 2-ci qrupunda Belçika İtaliyanı qəbul edib. Sandro Tonalinin erkən dəqiqədə vurduğu qol "Skuadra Adzurra"ya 1:0 hesabı ilə qələbə qazandırıb. 

B liqasının 2-ci qrupunda keçirilən Yunanıstan – İngiltərə görüşü də böyük marağa səbəb olub. “Dumanlı Albion” təmsilçisi evdə üzləşdiyi məğlubiyyətin revaşını üç cavabsız qolla alıb. Olli Uotkins, Odisseas Vlahodimos və Körtis Consun qolları İngiltərə millisini qrup lideri edib. 

Bundan başqa UEFA Millətlər Liqasında V turun ilk oyun günü İrlandiya evdə Finlandiyaya (1:0), Şimali Makedoniya isə Latviyaya(1:0) qalib gəlib. 

Avstriya səfərdə Qazaxıstanı (2:0), Norveç Sloveniyanı (4:1), Farer adaları isə Ermənistanı (1:0) məğlub edib. 

Fransa İsraillə görüşdə gözlənilmədən xal itirib 0:0.

Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.

Namiq HUN

tag: İtaliya, Belçika, UEFA, Liqa, Yunanıstan, todaypress.az,