İsveç millisi heyətdə dəyişiklik etdi

UEFA

13.11.2024 08:00

İsveç millisi UEFA Millətlər Liqasının C1 qrupunda Slovakiya və Azərbaycan komandalarına qarşı keçirəcəkləri oyunlar öncəsi heyətində dəyişiklik edib.

TodayPress İsveç Futbol Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, millinin baş məşqçisi Yon-Dal Tomasson gənclərdən ibarət yığmanın müdafiəçisi Nils Zetterströmü əsas komandaya dəvət edib.

Baş məşqçi Huqo Larssonun zədəli olması səbəbindən heyətdə dəyişiklik etməyə qərar verib. 

Qeyd edək ki, daha əvvəl Emil Kraft və Erik Smitin millimizlə görüşlərdə olmayacağı dəqiqləşmişdi.

Qeyd edək ki, Azərbaycan yığma komandası C liqasının I qrupu çərçivəsində noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsinin qonağı olacaq. 

Namiq HUN

tag: İsveç,Huqo Larsson, Azərbaycan, UEFA,todaypress.az,