İsveç - Azərbaycan matçının təyinatları açıqlandı

UEFA

17.11.2024 07:00

Azərbaycan millisinin UEFA Millətlər Liqasının VI turunda İsveç yığmasına qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.

TodayPress xəbər verir ki, Solna qarşılaşmasını Polşadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Pavel Raçkovskiyə laysmanlar Radoslav Sieyka və Adam Kupsik kömək edəcəklər. 

Dördüncü hakim funksiyasını Voytsex Muts yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək İsveç – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Namiq HUN

tag: UEFA, Azərbaycan, Polşa,Pavel Raçkovski, İsveç, todaypress.az,