İspaniya Serbiyanı darmadağın etdi
UEFA
16.10.2024 09:11
UEFA Millətlər Liqasının IV turuna son oyun günündə keçirilən 8 oyunla yekun vurulub.
TodayPress xəbər verir ki, A Liqasının IV qrupunda İspaniya yığması doğma meydanda Serbiyanı darmadağın edib 3:0. “Qırmızı furiya”nın heyətində qolları Emerik Lyaport, Alvaro Morata və Aleks Baena vurub.
Qrupun digər oyununda İsveçrə ardıcıl üç məğlubiyyətdən sonra Danimarka millisi ilə qarşılaşmada xal hesabını açıb 2:2.
A Liqasının I qrupunda Polşa evdə Xorvatiya ilə oyunda sülhə nail olub 3:3. Şotlandiya isə Portuqaliya ilə oyunda aktivinə ilk xalını yazıb 0:0.
UEFA Millətlər Liqasının digər oyunlarında Şimali İrlandiya evdə Bolqarıstana (5:0), Kosovo Kiprə (3:0) qalib gəlib.
Litva Rumıniyaya (1:2) məğlub olub.
Belarus - Lüksemburq qarşılaşmasında isə heç-heçə qeydə alınıb 1:1.
Namiq HUN
tag: İspaniya ,UEFA ,Şimali İrlandiya ,Polşa ,Xorvatiya ,todaypress.az,