İspaniya səfərdə Danimarkaya, Portuqaliya isə evdə Polşaya qalib gəldi

UEFA

16.11.2024 09:31

UEFA Millətlər Liqasında V tur davam edir.

TodayPress xəbər verir ki, ikinci oyun günündə 5 qrupda 9 matç keçirilib.

A liqasında Danimarka İspaniyanı qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ispaniya millisinin heyətində Mikel Oyarsabal və Ayose Peres fərqləniblər. Səfərdə qazanılan 3 xal Avropa çempionlarına sona bir tur qalmış qrup liderliyini rəsmiləşdirmək imkanı verib.

Portuqaliya isə evdə Polşanı qonaq edib. İlk yarısı qolsuz bərabərliklə bitən qarşılaşmanı meydan sahibləri yekunda 5:1 hesabıyla qazanıblar. Kriştiano Ronaldonun dubl etdiyi oyunda Rafael Leao, Brunu Fernandeş və Pedru Netu hərəyə bir dəfə fərqləniblər.   

Millətlər Liqasının V turunun digər görüşlərində Şotlandiya evdə Xorvatiyaya (1:0), Kipr Litvaya (2:1), Şimali İrlandiya Belarusa (2:0), Bolqarıstan isə səfərdə Lüksemburqa (1:0) hesabıyal qalib gəlib. 

İsveçrə - Serbiya (1:1), Rumıniya - Kosovo (0:0) və San Marino - Cəbəllütariq (1:1) matçında qalib məlum olmayıb. 

Namiq HUN

tag: Liqa, UEFA, Polşa, Portuqaliya, todaypress.az,