İspaniya millisindən yeni rekord
UEFA
19.11.2024 12:10
İspaniya millisi tarixinin rekorduna imza atıb.
TodayPress xəbər verir ki, “La Furia Roja” 2024-cü ildə 14-cü qələbəsini qazanıb.
İl ərzində 17 matça çıxan İspaniya millisi yalnız üç dəfə qalib gələ bilməyib.
Bu, millinin tarixində yeni rekorddur. Bir təqvim ilindəki qələbə sayında əvvəlki rekord 2010-cu ilə təsadüf etmişdi. O, zaman İspaniya 13 oyunda qalib gəlmişdi.
Qeyd edək ki, baş məşqçi Luis de la Fuentenin komandası UEFA Millətlər Liqasının VI turunda İsveçrə yığmasını 3:2 hesabı ilə üstələyib.
Namiq HUN
tag: İspaniya, Milli, Liqa, UEFA, Qələbə, todaypress.az,