“İnter”in ÇL-də yeni rekordçusu

UEFA

09.04.2025 10:22

17

“İnter” klubunun hücumçusu Lautaro Martines Çempionlar Liqasında 19-cu dəfə fərqlənib.   

TodayPress xəbər verir ki, argentinalı futbolçu 1/4 finalda “Bavariya”ya vurduğu qolla “İnter”in turnirdəki bombardiri ünvanına sahib olub.   

Lautaro hesabında 18 top olan braziliyalı forvard Adrianonu arxada qoyub. 

Qeyd edək ki, Münhendə keçirilən qarşılaşma Milan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.   

Namiq HUN

tag: İnter,UEFA,Lautaro Martines,Rekord,Todaypress.az,