“İnter” “Mançester Siti” ilə heç-heçə etdi
UEFA
19.09.2024 09:01
UEFA Çempionlar Liqasının Liqa mərhələsində I turun növbəti oyunları keçirilib.
TodayPress xəbər verir ki, ikinçi oyun gününün mərkəzi matçı İngiltərədə baş tutub. “Mançester Siti” “İnter”i sınağa çəkib. Avropa nəhənglərinin qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb 0:0.
Belçikada “Brügge”nin qonağı olan “Borussiya Dortmund” isə Liqa mərhələsinə inamlı qələbə ilə start verib. Ceymi Bayno-Gittensin dubl etdiyi oyunda, Seru Girassi matçın nəticəsini müəyyən edib 3:0.
Parisdə "Pari Sen-Jermen" debütant "Jirona"ya Paulo Qassaniqanın avtoqolu ilə qalib gəlib 1:0.
“Seltik” isə Qlazqoda “Slovan”a futbol dərsi keçib. “Yaşıl-ağlar” “Seltik Park” qarşılaşmasını 5:1 hesabı ilə qazanıblar.
Namiq HUN
tag: Mançester Siti, Slovan ,Seltik ,Jirona, Belçika ,todaypress.az,