İngiltərə Helsinkidə qalib gəldi, Norveç isə Avstriyada büdrədi
UEFA
14.10.2024 12:37
UEFA Millətlər Liqasında IV tura start verilib.
TodayPress xəbər verir ki, turun ilk oyun günündə 8 qarşılaşma baş tutub.
Günün mərkəzi görüşü B liqasının III qrupunda Avstriya və Norveç milliləri arasında liderlik uğrunda duellə əlamətdar olub. Matç avstriyalı futbolçuların 5:1 hesablı qələbəsi ilə başa çatıb. Böyükhesablı məğlubiyyətə baxmayaraq, Norveç millisi ilk pillədəki yerini qoruyub saxlaya bilib.
B Liqasının II qrupunda isə İngiltərə millisi səfərdə Finlandiyaya 3:1 hesabı ilə qalib gəlib.
UEFA Millətlər Liqasında B Liqasının digər görüşlərində Yunanıstan evdə İrlandiyaya (2:0), Sloveniya isə səfərdə Qazaxıstana (1:0) ilə qalib gəlib.
C Liqasında Ermənistan evdə Şimali Makedoniyaya (0:2) məğlub olub. Farer Adaları - Latviya (1:1) görüşündə heç-heçə qeydə alınıb.
D Liqasında Malta - Moldovaya (1:0) qalib gəlib. Lixtenşteyn - Cəbəllütariq (0:0) görüşü isə qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, IV ura oktyabrın 15-də yekun vurulacaq.
Namiq HUN
tag: UEFA ,Millətlər Liqası ,Ermənistan ,Şimali Makedoniya ,Moldova ,todaypress.az,