İngiltərə 8 əsas futbolçusunu itirdi
UEFA
12.11.2024 12:47
İngiltərə millisi UEFA Millətlər Liqasında Yunanıstan və İrlandiya yığma komandaları ilə qarşılaşacaq.
TodayPress xəbər verir ki, baş məşqçi Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv bu oyunlara ciddi itkilərlə çıxacaq.
Millinin qolkiperi Aaron Ramsdeyl, müdafiəçilər Trent Aleksander-Arnold, Livay Koluill, yarımmüdafiəçilər Fil Foden, Deklan Rays, hücumçular Koul Palmer, Cek Qriliş və Bukayo Saka zədə səbəbindən düşərgəni tərk ediblər.
İngiltərə yığma komansa noyabrın 14-də Yunanıstan, 17-də isə İrlandiya millisi ilə qarşılaşacaq.
Namiq HUN
tag: İngiltərə, UEFA, Yunanıstan, İrlandiya, Tomas Tuxel, todaypress.az,