İkardi qol sayına görə “Qalatasaray”da ikincidir
UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunda keçirilən "Elfsborq"la matç "Qalatasaray"ın futbolçusu Mauro İkardi üçün əlamətdar olub.
TodayPress xəbər verir ki, hücumçu görüşdə fərqlənməklə "Qalatasaray"ın heyətində vurduğu qol sayını 61-ə çatdırıb.
İkardi “Elfsborq” uğurundan sonra "Qalatasaray"ın sabiq futbolçusu Milan Baroşa çataraq ən çox qol vuran legionerlərin sıralamasında 2-ci yerə yüksəlib.
Hazırda argentinalı forvard yalnız 72 qol vuran Georgi Hacidən geri qalır.
Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin sentyabrından "Qalatasaray"da çıxış edir. O, cari mövsüm meydana çıxdığı 12 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə verib.
Namiq HUN
tag: Qalatasaray, Elfsborq, Milan, Georgi Haci, Mauro, todaypress.az,