Hüseynov “Lion”la oyunu buraxacaq
UEFA
21.11.2024 17:35
“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
TodayPress Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli müdafiəçi topuğundan zədələnib.
Bədavi Hüseynov Azərbaycan yığma komandasının Millətlər Liqasının qrup mərhələsinin VI turunun İsveçlə matçında sıradan çıxıb.
Qeyd edək ki, müdafiəçi UEFA Avropa Liqasının Liqa mərhələsinin noyabrın 28-də keçiriləcək V turunda “Lion”la oyunu buraxacaq.
Namiq HUN
tag: Qarabağ, Hüseynov, Ağdam, Liqa, UEFA, Avropa, todaypress.az,