Holand Maradonanı geridə qoydu

UEFA

15.11.2024 11:30

Norveç yığma komandasının futbolçusu Erlinq Holand tarixi uğura imza atıb.

TodayPress xəbər verir ki, forvard Millətlər Liqasında Sloveniya ilə səfər matçında adından söz etdirib. 

O, milli heyətdə keçirdiyi 38-ci oyunda 35-ci qolunu vurub. 

Holand argentinalı futbolçu Dieqo Maradonanı geridə qoyub. O, karyerası ərzində yığma komanda ilə meydana çıxdığı 91 matçda 34 dəfə fərqlənib. 

Qeyd edək ki, Erlinq Holand cari mövsüm klub və milli səviyyəsində 21 oyunda 19 qol və 1 assistlə yadda qalıb.

Namiq HUN

tag: Norveç, Forvard, Erlinq Holand, Liqa, Maradona, todaypress.az,