Girassi ÇL-də yeni rekorda imza atdı
“Borussiya Dortmund” klubunun futbolçusu Seru Girassi UEFA Çempionlar Liqasında (ÇL) adından söz etdirib.
TodayPress xəbər verir ki, hücumçu buna “Barselona” ya qalib gəldikləri (3:1) 1/4 final mərhələsinin cavab matçında nail olub.
Oyunda het-trik edən qvineyalı forvard cari mövsüm turnirdə 13 dəfə fərqlənib.
O, afrikalı oyunçular arasında ÇL-də bir mövsümdə vurduğu qollara görə rekordçudur.
Girassi Dortmund klubunun sabiq futbolçusu Sebastyan Allenin (2021/2022 - 11 qol) nailiyyətini geridə qoyub.
Namiq HUN
tag: Seru Girassi,UEFA,Rekord,Borussiya Dortmund, Bundesliqa,Təmsilçi, todaypress.az,