Fransadan "qara qartallar"a qadağa qoyuldu
UEFA
03.10.2024 15:55
“Beşiktaş” klubu UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda "Lion"un qonağı olacaq.
TodayPress xəbər verir ki, Fransada xuliqanlığa qarşı mübarizə bölməsi bu qarşılaşmanı çox riskli dəyərləndirib.
Bu səbəbdən "qara qartallar"ın azarkeşləri səfər matçını buraxmalı olacaqlar. Rhon əyalət qubernatorunun fərmanına əsasən “Beşiktaş” klubunun azarkeşlərinə oyun günü Lion şəhər mərkəzi, qatar stansiyaları, hava limanları, stadion və ətraf ərazilərdə olmaları qadağan edilib.
Xatırladaq ki, 2016/2017 mövsümündə Avropa Liqasının 1/4 final mərhələsində baş tutan "Lion" - "Beşiktaş" matçı öncəsi azarkeşlər arasında insident yaşanıb. O zaman matç 45 dəqiqəlik gecikmə ilə başlayıb.
Nəticədə, UEFA 2 il ərzində oxşar halların təkrarlanacağı təqdirdə hər iki komandanın 1 il avrokuboklardan kənarlaşdırılacağını açıqlayıb.
Namiq HUN
tag: Fransa ,Qara Qartallar ,Avropa ,Beşiktaş, Lion ,UEFA ,todaypress.az,