Fransa səfərdə İtaliyaya, İngiltərə isə evdə İrlandiyaya qalib gəldi

UEFA

18.11.2024 09:02

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda 8 matç keçirilib.

TodayPress xəbər verir ki, turun mərkəzi qarşılaşması Milanın “Cuzeppe Myatsa” stadionunda baş tutub. 

Fransa millisi səfərdə İtaliya seçməsindən üstün olub 3:1. Adrien Rabyonun dubl etdiyi matçda, Vikario avtoqol edib. 

VI turda İngiltərə seçməsi İrlandiya yığmasını 5:0 hesabı ilə darmadağın edib. Dumanlı Albion təmsilçisinin heyətində Harri Keyn, Entoni Qordon və Konor Qallaher ikinci hissənin ilk 13 dəqiqəsi ərzində cütün taleyinə aydınlıq gətiriblər. Carrod Bouenlə Teylor Harvud-Belis isə matçın yekun nəticəsini müəyyən ediblər.  

Digər matçlarda İsrail evdə Belçikaya (1:0), Norveç Qazaxıstana (5:0), Şimali Makedoniya Farer adalarına (1:0) qalib gəlib. 

Yunanıstan səfərdə Finlandiyadan (2:0), Ermənistan isə Latviyadan (2:1) üstün olub. 

Avstriya və Sloveniya komandaları arasında matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Namiq HUN

tag: Fransa, İtaliya,İrlandiya, Milan,Cuzeppe Myatsa, todaypress.az,