Fransa - İsrail matçından əvvəl “Stad de Frans”da dava oldu
UEFA
15.11.2024 10:08
Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Fransa – İsrail matçında 50-ə yaxın insanın iştirak etdiyi dava baş verib.
TodayPress “RMC Sport”a istinadən xəbər verir ki, “Stad de Frans” stadionundakı matç başlamazdan əvvəl tribunalar İsrail himnini fit və alqışlarla qarşılayıb.
Bir neçə dəqiqə sonra isə israilli azarkeşlərin olduğu tribunada qarşıdurma baş verib. Lakin stüardların səyi nəticəsində asayiş bərpa olunub.
Qarşılaşmada təhlükəsizliyi təmin etmək üçün əlavə tədbirlər görülüb. “Stad de Frans” stadionuna 4 minə yaxın polis əməkdaşı və 1500 mühafizə işçisi səfərbər edilib.
Namiq HUN
tag: Fransa, Liqa, İsrail, Dava,todaypress.az,