“Fənərbağça”nın rəqibi dəqiqləşdi
UEFA Avropa Liqasında mövsümün son püşkü atılıb.
TodayPress xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunub.
Türkiyəni Avropa Liqasında təmsil edən “Fənərbağça” klubu 1/8 final mərhələsində Şotlandiya “Reyncers”ilə üz-üzə gələcək.
Avropa Liqası
1/8 final
“Fənərbağça” – “Reyncers”
“Viktoriya” – “Latsio”
“Bodo Qlimt” – “Olimpiakos”
“Ayaks” – “Ayntraxt”
“Alkmaar” – “Tottenhem”
“Roma” – “Atletik”
FCSB – “Lion”
“Real Sosyedad” – “Mançester Yunayted”
1/8 finala martın 6-da start veriləcək.
Namiq HUN
tag: UEFA ,Avropa Liqası,Püşkatma,Fənərbağça,todaypress.az,