"Fənərbağça" öz meydanında "Atletik Bilbao"ya məğlub oldu

UEFA

12.12.2024 02:03

 

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna start verilib.

TodayPress xəbər verir ki, birinci oyun günündə bir qarşılaşma keçirilib.

Türkiyənin “Fənərbağça” komandası azarkeşləri önündə Bilbao “Atletik”i qəbul edib. Görüş qonaqların qələbəsi ilə nəticələnib. İnaki Uilyamsın dublu İspaniya təmsilçisinə üç xal qazandırıb.

Turun digər oyunları sabah baş tutacaq.

Avropa Liqası
Liqa mərhələsi, VI tur

11 dekabr

19:30 "Fənərbaxça" (Türkiyə) – "Atletik" (İspaniya) 0:2

tag: UEFA, Liqa, Türkiyə,Fənərbaxça, Uilyam, todaypress.az,